Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Yunanıstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Siyasət 150

“Yunan mətbuatı səviyyəsiz, aşağılayıcı bir manşetə yol verib. Biz də Yunanıstanın Türkiyədəki səfirini nazirliyə çağırdıq”.

BAKU.WS xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Anadolu Xəbər Agentliyinə açıqlamasında belə bildirib.

Nazir bildirib ki, yunan qəzetinin manşetində Türkiyə Prezidenti haqqında təhqiramiz ifadələrə yer verilməsi ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyinin üzürxahlığı qəbul edilsə də, Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsi məsələ ilə əlaqədar fəaliyyətə başlayıb: “Həqarət söz azadlığı kimi dəyərləndirilməməlidir. Yunanıstanın bir çox məsələlərdə Türkiyə əleyhinə addım atmasının səbəbi həm də yunan mediasıdır. Təəssüf ki, görünən budur. Biz lazım olan tədbirləri görəcəyik”.

Oxşar xəbərlər

Ərdoğan miqrant böhranına görə Brüsselə dəvət edildi

Ərdoğan miqrant böhranına görə Brüsselə dəvət edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə Brüsseld...

298 Siyasət 21:30 08 mart 2020

Son xəbərlər