VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Serbiya prezidenti Aleksandr Vuçiçdən üzr istəyiblər.

BAKU.WS xəbər verir ki, bu barədə Serbiya lideri Serbiya Radio Televiziya Şirkətinə (RTS) müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün təhqiramiz paylaşımına görə Putin və Lavrov üzrxahlıq edib. 

“Vladimir Putin və Sergey Lavrov əvvəllər heç vaxt məndən üzr istəməyiblər. Onlar bunu mən söz salmadan etdilər", - deyə Aleksandr Vuçiç bildirib. 

Qeyd edək ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Serbiya prezidentinin Donald Trampla görüşü barədə paylaşım edərkən, “Cılız ehtiraslar” (“Low Passions”) filmində aktrisa Şaron Stounun qıçlarını çarpazlaşdıraraq əyləşdiyi epizoddan istifadə etmişdi.

BAKU.WS