SİZİN REKLAM BURADA!
055 213 76 73


“Möhtəşəm yüzyıl” serialı ilə bir anda bütün dünyanın diqqət mərkəzinə düşən məşhur aktrisa Məryəm Üzərli ikinci dəfə ana olmağa hazırlaşır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Hürrəm sultan” 5 aylıq hamilədir. Aylardır hamiləliyini gizli saxlamağı bacaran aktrisa Almaniyanın paytaxtı Berlində ikinci kafesinin açılışı zamanı bəlli olan qarnı ilə kameralar önünə keçib.

Qızılı saçları və danışıq tərzi ilə ulduzu parlayan Üzərli uzun müddətdir ekranlardan uzaq həyat yaşayır. O, 7 yaşlı qızı Lara ilə Berlində məskunlaşıb.

Bir neçə gün öncə hamiləliyi barədə açıqlama verən “Hürrəm sultan” yanvarda yenidən qız anası olacağını deyib. “Lara artıq 7 yaşındadır. Uzun müddətdir, bacı istəyirdi. Öz ailəmizi qururuq”. Körpənin atası ilə bağlı isə açıqlama verilməyib.

Xatırladaq ki, M.Üzərli Osmanlı imperiyası, Sultan Süleyman Qanuninin dövründən bəhs edən “Möhtəşəm yüzyıl” serialı ilə ulduz olub.

Lakin o, serialın çəkilişlərinin ortasında tükənmişlik sindromu yaşadığını deyərək qəfildən Türkiyəni tərk edib və Almaniyaya geri dönüb. Sonradan onun türk iş adamından hamilə olduğu üzə çıxmışdı. Lakin qızının atası ilə münasibətləri qısa müddətli olub.

BAKU.WS
VİDEO

QALEREYA