SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu dünən gecə meydana gələn sel fəlakətində həyatını itirənlərin olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, hadisə Türkiyənin Giresun vilayətində baş verib. Nazir S.Soylu sel zamanı bir əsgərin və iki mülki vətəndaşın həyatını itiridiyini bildirib.

Nazir 12 nəfərin itkin düşüyünü və onların tapılması üçün axtarış işlərinin davam etdirildiyini açıqlayıb.

Dərəli vilayətindəki son vəziyyətlə bağlı açıqlama verən Soylu sel nəticəsində burada istifadəyə yararlı heç bir mağazanın qalmadığını söyləyib:

“Burada istifadəyə yararlı bir dənə da olsun dükan qalmayıb, hamısı tamamilə məhv olub. Dövlətimiz bütün gücü ilə həm bura dəyən ziyanı aradan qaldıracaq, həm də vətəndaşımızın yanında olacaq.

İndiyiə qədər 127 vətəndaşımız axtarış və xilasetmə işlərində xilas edilib. Hazırda helikopterlərlə xilas edilən vətəndaşlarımız da var”.

Nazir Süleyman Soylu belə bir böyük fəlakətin qarşısında söz tapa bilmədiyini söyləyib:

“Zəlzələ də görmüşəm, amma bu tamam başqa bir şeydir. Allah heç kimi belə bir imtahanla sınağa çəkməsin. Təkrarən Dərəlidəki, Giresundakı bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm”.

BAKU.WS
VİDEO

QALEREYA