VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respirator xəstəlik, xərçəng və ürək-damar xəstəliklərinə düçar olma riski gündə hər çəkilmiş siqaretlə daha da artır.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu qənaətə Cənubi Avstraliya Universitetinin alimləri gəlib.

Məlumata görə, araşdırmaçıların apardığı yeni tədqiqatda 150 mindən çox insanın məlumatları təhlil edilib.

Alimlər belə qənaətə gəliblər ki, hər çəkilmiş siqaret (söhbət böyük siqaretçəkmə stajından gedir) bir sıra xəstəliklərə yoluxma riskini 30% və daha çox artırır.

Həmçinin uzunmüddətli siqaretçəkmə emfizem (bədənin hər hansı yerində qazların toplanması xəstəliyi) riskini 17 dəfə, ateroskleroz riskini isə 8 dəfə artırır. Bundan başqa, ağciyərlərin xərçəngi riskini də əhəmiyyətli dərəcədə yüksəlir.

Tədqiqatçı Elina Hipponenin sözlərinə görə, siqaret çəkən insanlar zərərli vərdişi olmayanlardan 10 il daha az yaşayırlar.

BAKU.WS