VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ölkədə bu gün keçirilən prezident seçkilərində qalib gəlib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "MİR" telekanalı tərəfindən keçirilən "exit poll"un nəticələrində bildirilir.

Sorğunun nəticələrinə əsasən qeyd edilir ki, hazırkı dövlət başçısı seçicilərin 79,7 faizinin səslərini toplayıb. Onun rəqibi, tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya isə seçkilərdə 6,8 faiz səs yığa bilib.

Qeyd edilir ki, Anna Kanopatskaya 2,3 faiz, Andrey Dimitriyev 1,1 faiz səs toplayıblar. Seçkilər baş tutmuş hesab edilir.

Yerli vaxtla saat 18:00-a olan məlumata əsasən seçkilərdə 79,01 faiz seçici iştirak edib. Artıq seçki məntəqələri bağlanıb.

BAKU.WS