VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Baş direktor bildirib: "Ümumdünya Səhiyyə Təşkilatına 10,3 milyondan çox yoluxma halları, 506 mindən çox insanın öldüyü haqqında məlumatlar gəlib".

T.A.Qebreyesus qeyd edib ki, son bir həftə ərzində gündə yeni yoluxma hallarının sayı 160 mini keçib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bir çox ölkələrdə pandemiya tədbirlərinin ləğv edilməsi səbəbindən koronavirusa yeni yoluxma hallarını aşkar edilməsini istisna etmir.

BAKU.WS