SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial mediada açıqlama verib. 

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 065 nəfəri ötüb.

Son sutkada Türkiyədə COVID-19-a 1 396 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 194 511 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son bir gündə 1 492 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 167 198 nəfərə yüksəlib.

Son sutkada COVID-19-la bağlı 51 198 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3 186 622-dir.

BAKU.WS