Ucuz "Famotidin" preparatının qəbulu COVID-19 pasiyentlərinin müalicəsinə müsbət təsir edə bilər.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı bir qrup alimin "Gut" jurnalında dərc edilmiş tədqiqatında bildirilir.

Qeyd edilir ki, belə pasiyentlərin xəstəxanaya yerləşdirilməsi tələb olunmur.

"Famotidin"
Tədqiqatda 10 koronavirus pasiyenti iştirak edib. Onlar xəstəlik zamanı “Famotidin”i qəbul ediblər.

Qeyd edək ki, bu preparat ürək bulanmasına qarşı istifadə olunur. Mütəxəssislər xəstəliyin bir neçə əsas ağırlaşdırıcı əlamətini qiymətləndirirdilər: öskürək, təngnəfəslik, yorğunluq, baş ağrısı, dad və iybilmənin itməsi.

Vurğulanır ki, əksər hallarda pasiyentlər preparatın 80 milli qramlıq dozasını orta hesabla gündə üç dəfə, 11 gün ərzində qəbul ediblər (5-21 günlük diapazonla).

"Famotidin” yaxşı təsir edirdi", - tədqiqatda deyilir.

On pasiyentin hamısı bildirib ki, "Famotidin"in qəbulundan sonra özlərini yaxşı hiss etməyə başlayıblar. Xəstələrin səhhətində yaxşılaşma əlaməti ilk 24 saatda özünü büruzə verib.

BAKU.WS