ABŞ-da "Vətəndaş müharibəsi" mənzərəsi - Əhali əlinə silah aldı - VİDEO

ABŞ-da bəzi millətçi gənclər Corc Floydun polis tərəfindən öldürülməsindən sonra talan hadisələrinin qarşısını almaq üçün küçələrə oyuncaq silahlarla çıxıblar.
BAKU.WS xəbər verir ki, Amerikanın 40 şəhərində tətbiq olunan komendant saatı da narazı kütləni sakitləşdirməyib.
Amerika ərazisində müxtəlif ştatlarda Corc Floydun ölümünü və qaradərili insanlara qarşı zorakılığı əsas tutaraq minlərlə insan polislə toqquşmalara girib. Həmçinin keçirilən etirazlar fonunda müxtəlif mağaza və ticarət mərkəzlərinin şüşələləri də sındırılıb və içindəkilər talan olunub.
Bundan əlavə xeyli sayda yaşayış evlərinə, maşınlara və mağazalara külli miqdarda ziyan dəyib.
Oxşar xəbərlər
ABŞ-da mağazalar, ticarət mərkəzləri talan edilir - VİDEO
ABŞ-da qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlarla nəticələnən etirazlar keçirilir. BAKU.WS RT-yə istina...
