SİZİN REKLAM BURADA!
055 213 76 73


Son aylar ərzində "Xiaomi" şirkəti və ona məxsus "Redmi" brendi çoxlu sayda 5G dəstəkli smartfon modeli təqdim ediblər. Bununla paralel olaraq şirkət özündə olan smartfon seriyalarını 5G standartına keçirtməkdən əlavə olaraq 6G standartı üzərində də tədqiqatlar aparır.

BAKU.WS technote-yə istinadən xəbər verir ki, bunun fonunda şirkət 4G dəstəkli smartfonların istehsalını tamamilə dayandırmağı planlaşdırır.

"Xiaomi" şirkətinin Baş direktoru olan Lei Jun qeyd edib ki, şirkət 5G standartlı cihazlar ekosistemini inkişaf etdirməyə aktiv şəkildə davam edəcək. Onun fikirlərinə əsasən bütün dünyada artıq istifadəyə verilən 5G şəbəkə standartı "cloud gaming", avtopilot sistemləri, 4K / 8K keyfiyyətli videokonfransların yaradılması və s. kimi sahələrdə böyük perspektivlər təqdim edir.

Lei Jun-un sözlərinə əsasən, "Xiaomi" şirkəti artıq bu ilin sonuna kimi 5G standartı əsasında çalışmayan smartfonların istehsalından tamamilə imtina edə bilər.

BAKU.WS