Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb

25
may
2020
22:35
Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 369 nəfərə çatıb.
Onun sözlərinə görə, yoluxanların ümumi sayı 157 814 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 321 nəfər olmaqla 120 015 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 31 492 test aparılıb.
Oxşar xəbərlər
Türkiyədə son sutkada koronavirusdan 28 nəfər ölüb
Türkiyədə son 24 saat ərzində daha 28 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə nazir...
