Koronavirusa yoluxanların sayı bir gündə 100 mindən çox artdı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Mayın 22-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 100 284 nəfər yeni koronavirusa yoluxub, 4 482 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 993 470, ölənlərin isə 327 738 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 220 267 yoluxma və 131 605 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 1 966 244, ölənlərin sayı isə 171 327 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 389 588 yoluxma və 10 648 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Oxşar xəbərlər
Koronavirusun yayıldığı ən təhlükəli ölkələrin SİYAHISI
Mayın 1-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 3 175 207 nəfərə çatıb. BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya...
