SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın paytaxtı Tehranda gecə saatlarında 5,1 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, episentri Dəmavənd qəsəbəsində olan zəlzələ ocağı yerin 7 km dərinliyində yerləşib.

Dəmavəndə Səhiyyə Mərkəzinin rəhbəri Həsən Xeyirxah bildirib ki, zəlzələ zamanı dağıntı olmayıb. Lakin insanlar təlaşla çölə çıxarkən 60 yaşlı bir nəfər divara çırpılıb və beyin sarsıntısı keçirərək ölüb. Bundan başqa 11 nəfər də xəsarət alıb.

Məlumata görə, güclü zəlzələdən sonra 3-4 bal aralığında 4 zəlzələ də baş verib.

BAKU.WS