"Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər" - Qərbi Azərbaycan Xronikası

Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər - Qərbi Azərbaycan Xronikası
Video
Siyasət 39

Baku TV-də yayımlanan "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı Zəngəzurun Qafan rayonunun Acıbac kəndindən olan Mübariz Qənbərovun həyatına həsr olunub.

BAKU.WS xəbər verir ki, o, uşaqlıq və gənclik illərinin dağlarda, yaylaqlarda keçdiyini, kəndlərinin qədim türk yurdu olduğunu bildirib. Qənbərov ermənilərin alban abidəsini təhrif edərək xaç işarəsi və saxta tarixlər yerləşdirdiklərini, məktəbdə azərbaycanlılara qarşı ayrı-seçkilik edildiyini deyib. Onun sözlərinə görə, ermənilər kəndə silahla gəlir, azərbaycanlılara qarşı aqressiv davranırdılar.

1918-ci ildə Andranikin Acıbaca hücumunu, 1988-ci ildən sonra isə ermənilərin daha da aqressivləşdiyini xatırladan Qənbərov ailəsi ilə birlikdə Ermənistandan çıxmağa məcbur olduğunu qeyd edib. Hazırda Bakıda yaşasa da, doğulduğu kəndə qayıtmaq arzusundadır.

Verilişdə həmçinin Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadıqları çətinliklər və "Qayıdış Konsepsiyası"nın məqsədləri barədə məlumat verilir.

Veriliş 23 may saat 20:30-da Baku TV-də, 21:30-da isə YouTube kanalında yayımlanıb.

Son xəbərlər