SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin başlatdığı “Aralıq dənizi Hərəkatı” 23 apreldən etibarən beynəlxalq ittifaqa çevrilməyə başlayıb.

BAKU.WS internethaber.com-a istinadən xəbər verir ki, ittifaqa ilk qatılan ölkə Pakistan və İordaniya olub.

Azərbaycan, Albaniya, Əlcəzair, Gürcüstan, Liviya, Livan və Tunisin də ittifaqa daxil olacağı gözlənilir.

İttifaqın qurulması ilə Aralıq dənizi sahilində yerləşən və ya bu dəniz vasitəsilə ticarət edən ölkələrin daha güzəştli şərtlər əldə etməsi, həmçinin bir-birinə dəstək verməsi nəzərdə tutulur.

2 ildir aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir və yuxarıda adı qeyd edilən ölkələrin ittifaq şəklində birləşməsi gözlənilir.

Fərid ƏDALƏT
BAKU.WS