SİZİN REKLAM BURADA!
055 213 76 73


Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen Inın səhhəti ciddi təhlükə altında ola bilər.

BAKU.WS xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, KXDR lideri sonuncu dəfə 11 apreldə İşçi Partiyasının Mərkəzi Komitəsinin iclasında iştirak edib və həmin tarixdən bu yana ictimaiyyətdə görünməyib.

Kim Çen In aprelin 14-də gəmi əleyhinə hava-yerüstü kruiz raketlərinin sınağında, ardınca babası və Şimali Koreyanın keçmiş lideri Kim İr Senin ad günü mərasimində, aprelin 19-da isə Ali Xalq Məclisinin illik sessiyasında iştirak etməyib.

Bu baxımdan Şimali Koreya liderinin səhhəti ilə əlaqədar fərziyyələr ortaya çıxıb.

BAKU.WS