86 yaşlı fermer 15 milyon dollarlıq təklifi rədd etdi: torpağını süni intellekt mərkəzinə vermədi

86 yaşlı fermer 15 milyon dollarlıq təklifi rədd etdi: torpağını süni intellekt mərkəzinə vermədi
Dünya 149

ABŞ-nin Pensilvaniya ştatının Kumberland dairəsində 86 yaşlı fermer Mervin Raudabaugh texnologiya şirkətlərinin 15 milyon dollarlıq satınalma təklifini rədd edib. Süni intellekt məlumat mərkəzi tikilməsi planlaşdırılan 261 hektarlıq torpaq sahəsini satmaqdan imtina edən fermer fərqli qərar verib.

BAKU.WS The People" nəşrinə istinadən xəbər verir ki, Raudabaugh torpağın inkişaf hüquqlarını Lancaster Farmland Trust adlı torpaq mühafizəsi proqramına ötürüb. Bu razılaşma qarşılığında o, 1,9 milyon dollar alıb. Bununla da ərazinin yalnız kənd təsərrüfatı məqsədilə istifadə olunması hüquqi şəkildə qorunub və gələcəkdə hər hansı tikintiyə qadağa qoyulub.

60 ildən artıqdır eyni torpaqda çalışan fermer qərarını belə izah edib: "Bu, həyatımın bir hissəsidir. Ərazimi məhv etməyə niyyətim yoxdur."

Beləliklə, Raudabaugh milyonlarla dollarlıq gəlirdən imtina edərək torpağın gələcək nəsillər üçün kənd təsərrüfatı sahəsi kimi qalmasını seçib.

Oxşar xəbərlər

Son xəbərlər