Rusiya ərazisində martın 25-də saat 13:49-da 7.8 bal gücündə zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə "eqalert.ru" portalı məlumat yayıb.

Seysmik hadisənin mərkəzi Şimali Kuril adalarından 222 kilometr məsafədə, 59 kilometr dərinlikdə yerləşib.

Zəlzələ təkcə Şimali Kuril adalarında deyil (5-6 bal), həm də İturupda hiss olunub.

Yerli sakinlərin dediyinə görə, təkanlar olduqca uzun, lakin güclü olmayıb.

Şimali Kuril adalarında yaşayan "Sax.com" agentliyinin nümayəndəsi Sergey Lakomov bildirib ki, hazırda şəhər tipli qəsəbənin sakinləri təxliyə olunur.

"Şəhər üçün sunami təhlükəsi elan olunub. Sakinlər hündürlükdə yerəşən mərkəzi rayon xəstəxanasına göndərilir. Dağıntı barədə hələlik məlumat yoxdur", - deyə Sergey Lakomov qeyd edib.

BAKU.WS
ВИДЕО