SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 980 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Bildirilir ki, virusdan ölənlərsin sayı 3 min 173 nəfərdir.

Son 24 saat ərzində 15 yoluxma və 11 ölüm faktı qeydə alınıb. 

Çində virusa yoluxan 62 min 887 nəfər sağalıb.

Avropa ölkələrində isə koronavirus sürətlə yayılmaqda davam edir. İtaliyada son sutka ərzində koronavirus səbəbindən ölənlərin sayı 196 nəfər artaraq, ümumilikdə 827 nəfərə çatıb.

Hazırda ölkə üzrə virusa yoluxanların sayı 12 462 nəfərə yüksəlib. 

Fransada isə son sutka ərzində koronavirusa yoluxanların sayı 500 nəfər artaraq 2284 nəfərə çatıb. Virusdan 48 nəfər ölüb, 105 nəfər isə reanimasiyaya yerləşdirilib.

Almaniyada isə koronavirusun yeni növünə yoluxanların sayı 300 nəfər artaraq ümumilikdə 1966 nəfərə çatıb. Virusun episentri kimi Şimali Reyn – Vestfaliya göstərilir.

BAKU.WS