SİZİN REKLAM BURADA!
055 213 76 73


Maraqla gözlənilən Ərdoğan-Putin görüşü başlayıb.

BAKU.WS xəbər verir ki, Türkiyə və Rusiya prezidentləri Moskvada keçirilən görüşdə Suriyanın İdlib bölgəsində yaşanan gərginliyi müzakirə edirlər.

Görüşün mətbuata açıq hissəsində Rəcəb Tayyib Ərdoğan bildirib ki, alınacaq qərarlar həm regionu, həm də iki ölkəni rahatlaşdıracaq.

Vladimir Putin isə İdlibdə şəhid olan türk əsgərlərinə görə başsağlığı verib və deyib ki, münasibətlərin zədələnməməsi üçün Suriya münaqişəsində bütün məsələlərə nəzər yetirilməlidir.

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin tərkibində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafi naziri Hulusi Akar, Xəzinə və Maliyyə naziri Berat Albayraq, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə naziri Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Vitse-prezidentin köməkçisi Mahir Ünal yer alır.

BAKU.WS
QALEREYA