Ərdoğan Rusiyaya getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TC-TUR” xüsusi təyyarəsi ilə Rusiyanın paytaxtı Moskvaya uçub.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafi naziri Hulusi Akar, Xəzinə və Maliyyə naziri Berat Albayraq, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Rabitə naziri Fəxrəddin Altun, Prezidenti sözçüsü İbrahim Kalın və Vitse-prezidentin köməkçisi Mahir Ünal yer alıb.
1 günlük səfərdə Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Suriyanın İdlib bölgəsindəki gərginlik və problemin həlli yolu müzakirə ediləcək.
Oxşar xəbərlər
Türkiyə şəhidləri üçün ağlayır - hərbçilərin adları bilindi - FOTO
Suriya ordusunun dünən təşkil etdiyi hava hücumu zamanı həyatını itirən Türkiyə ordusunun 33 hərbçisindən 26-nın şəxsiyyəti müəyyənləşib. BAKU.WS xəbər verir ki...