SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə uzun illər yayımlanmış məşhur “Kurtlar Vadisi” serialının prodüseri Raci Şaşmazın da aralarında olduğu 13 nəfərin məhkəmə prosesi keçirilib. Onlar fırıldaqçılıqda ittiham olunurlar.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, məhkəməyə Necdet Yalçın, Təyyar Raci Şaşmaz, Əhməd Mahir Şaşmaz, Maruf Dindar, Məhəmməd Muhit Kayaoğlu və Tayfur Yalçın qatılmayıb.

Hakim həmin şəxslərin ölkədən çıxışına qadağa qoyub və saxlanılmaları barədə qərar çıxarıb.

Məhkəmə prosesi isə sentyabrın 8-dək təxirə salınıb.

Qeyd edək ki, həmin şəxslərin başlamadan bitən “Brooklyn” layihəsində fırıldaqçılıq etdiyi bildirilir. Bununla bağlı 131 nəfər məhkəməyə şikayət edərək özlərinə maddi ziyan dəydiyini bildiriblər.

Məlumat üçün bildirək ki, Raci Şaşmaz "Kurtlar Vadisi" serialında "Polad Ələmdar" rolunu oynamış Necat Şaşmazın qardaşıdır.

BAKU.WS