SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatları zamanı 33 hərbi qulluqçusu şəhid olub. 

BAKU.WS İHA-ya istinadla xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Vali əlavə edib ki, hava hücumu nəticəsində 29 əsgər şəhid olub. Ağır yaralanan əsgərlərdən 4-ü də sonradan vəfat edib.

"Hal-hazırda 32 yaralı var və deyə bilərəm ki, yaralanan əsgərlərin heç biri üçün həyati təhlükə yoxdur.

Bu yaralıların bütün müalicələri səhiyyə işçilərimiz tərəfindən aparılır".

BAKU.WS
VİDEO