Daha bir ölkə koronavirusa görə İranla sərhədini bağladı

23
fev
2020
20:35
İranda koronavirusa yoluxanların sayının 43 nəfərə çatması qonşu ölkələri hərəkətə keçirib.
BAKU.WS “Daily Sabah”a istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik tədbirləri baxımından İranla sərhədini bağlamaq qərarına gəlib.
Ölkənin İranla sərhəddə yerləşən iki nəzarət-buraxılış məntəqəsi müvəqqəti olaraq bağlanıb.
Rəsmi məlumata görə, Çində yayılan və İrana da keçən dəhşətli virus bu günə kimi 8 nəfərin həyatına son qoyub.
Oxşar xəbərlər
Çində ölümcül koronavirusa yoluxanların sayı artır - 1113 ölü
Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, virus Çinin bütün əyalətl...
