Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, virus Çinin bütün əyalətlərinə yayılıb.

Beləliklə də, ölkədə "nCoV" virusundan əziyyət çəkənlərin sayı 67 minə, virusdan ölənlərin sayı isə 1523 nəfərə çatıb.

Qeyd edək ki, alimlər koronavirus “nCoV”-la 2019-cu ilin sonunda tanış olublar.

Dünya Səhiyyə Təşkilatı da “nCoV”-la bağlı həyəcan təbili çalıb.

Bildirilir ki, koronavirusların 37-dən artıq növü var. Lakin yayılan “nCoV” həkimlərin ən çox qorxduğu virus ailəsindəndir.

Amerikalı alimlər isə Çində yaranan təhlükəli virusun məhv edilməsi üçün yeni vaksinlərin yaradılması istiqamətində çalışırlar.

BAKU.WS