SİZİN REKLAM BURADA!
055 213 76 73


Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 91 nəfərə çatıb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə yerli Gigiyena və Səhiyyə məsələləri üzrə komitə xəbər verib.

Bildirilir ki, pnevmaniyaya yoluxanların sayı 871 nəfərə çatıb.

Məlumata görə, sutka ərzində 2,6 min nəfərdən çox insan virusa yoluxub. Bununla əyalətdə virusa yoluxanların ümumi sayı 29,6 min nəfərə çatıb. Virusa yoluxmuş 356 nəfər sağalaraq tibb müəssisələrindən evə buraxılıb.

Bununla da Çində koronavirus daşıyıcılarının sayı 39,8 min nəfərə, qurbanlarının sayı 904 nəfərə çatıb. Ölkədə ümumilikdə 3 mindən çox insan xəstəlikdən sağalıb.

BAKU.WS