Çində epidemiyadan ölənlərin sayı durmadan artır - SON RƏQƏMLƏR

Çində epidemiyadan ölənlərin sayı durmadan artır - SON RƏQƏMLƏR
Siyasət 339

Çində 2019-nCoV (koronavirus) epidemiyasından ölənlərin sayı 723 nəfərə çatıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, epidemiyaya yoluxanların sayı isə 34 min 546 nəfərə çatıb. Onlardan 6101 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan başqa, 189 min 660 nəfər isə müşahidə altında saxlanılır.

2050 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Son xəbərlər