SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən baş vermiş qar uçqununda itkin düşən 2 nəfərin axtarışı zamanı bu gün ikinci uçqun olub.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, hadisə yerinə baxış keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş məsləhətçisi Gülşən Orxan da hadisə zamanı qar altında qalıb.

O, qar altından sağ çıxarılıb. Xəsarət alan Gülşən Orxan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, dünən baş vermiş qar uçqununda 5 nəfər ölmüş, 7 nəfər xilas edilmişdi. 2 nəfərin isə axtarışları davam etdirilirdi. Bu gün həmin 2 nəfərin axtarışları zamanı ikinci qar uçqunu baş verib.

Beləliklə, 2 hadisədə ümumilikdə 13 nəfər ölüb, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

BAKU.WS
QALEREYA