SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində mikroavtobus və ağır texnika qar uçqununun altında qalıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aparılan xilasetmə əməliyyatları nəticəsində 7 nəfər qar altından sağ çıxarılıb.

Hadisə zamanı 5 nəfər isə ölüb. Daha 2 nəfərin qar uçqunu altında qaldığı ehtimal edilir.

Hazırda bölgədə qar yağışı davam etdiyi üçün yenidən uçqun təhlükəsinin olduğu bildirilir. Bu səbəbdən axtarışlar ehtiyatla davam etdirilir.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO