SİZİN REKLAM BURADA!
055 213 76 73



Ucarda uçqun altında qalan iki nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində 2 nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Görülən tədbirlər nəticəsində 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

BAKU.WS