SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda 1 nəfər mənzildə təmizlik işləri apararkən pəncərədən yıxılıb və iki divar arasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərib və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əməliyyat saat 11:18-də başa çatıb.

BAKU.WS