Saakaşvilidən qorxunc proqnoz: Ukraynanı 5 yerə böləcəklər

Saakaşvilidən qorxunc proqnoz: Ukraynanı 5 yerə böləcəklər
Siyasət 625

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın dağıla biləcəyini və 5 yeni ölkənin yaranma planının olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Saakaşvili qeyd edib ki, Ukrayna hökuməti ölkənin siyasi sistemini ərazi bütövlüyü və suverenliyinə xələl gətirməyən bir şəkildə düzəltməlidir: “Oğruların fikrincə, separatizm olacaq. Ukrayna, həqiqətən, parçalana bilər. Ölkənin müxtəlif yerlərində yerli oliqarxlar öz ordularını qurublar. Onlar Ukraynanı beş ölkəyə bölmək üçün plan hazırlayırlar".

Qeyd edək ki, 2004-2013-cü illər ərzində Mixail Saakaşvili ardıcıl iki müddət Gürcüstan prezidenti vəzifəsini icra edib. 2015-ci ildə Ukraynanın qubernatoru seçildikdən sonra onun Gürcüstan vətəndaşlığı ləğv edilib.

2017-ci ildə Saakaşvilinin Ukrayna pasportu müsadirə edilib və ölkədən deportasiya olunub. Vladimir Zelenski 2019-cu ildə prezident seçildikdən sonra Saakaşvilinin Ukrayna vətəndaşlığının ləğv edilməsi barədə qərarı ləğv edib.

Oxşar xəbərlər

Saakaşvili hamını dua etməyə çağırdı

Saakaşvili hamını dua etməyə çağırdı

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Parisdə keçiriləcək "Normand dördlüyü"nün görüşünü şərh edib. BAKU.WS xəbə...

1003 Siyasət 19:18 08 dekabr 2019

Son xəbərlər