SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində koronavirus epidemiyasından ölənlərin sayı 361-ə çatıb.

BAKU.WS xəbər verir ki, virusa yoluxanların sayı isə 17 205 nəfərdir. Onlardan 296 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan başqa, 475 xəstənin müalicəsi uğurlu olub və onlar sağalaraq evə buraxılıblar.

Ən böyük təhlükə Hubey əyalətindədir. Burada 11,1 min nəfər virusa yoluxub.

Qeyd edək ki, Çindən başqa 25 ölkədə koronavirusa yoluxma faktı qeydə alınıb.

Fərid ƏDALƏT
BAKU.WS