Husilərdən “Saudi Aramco”ya növbəti zərbə - Raket və dronlarla vuruldu

Husilərdən “Saudi Aramco”ya növbəti zərbə - Raket və dronlarla vuruldu
Siyasət 518

Yəməndəki husi döyüşçülər Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya növbəti hücum həyata keçiriblər.

BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, şirkətin Cizan şəhərindəki terminalları raket və dronlarla vurulub.

Bundan başqa, Ebha və Cizandakı hava limanları, Hamis Muşaytdakı bir hərbi baza və ölkə ərazisindəki bəzi “həssas” obyektlərə də zərbələr endirilib.

Husilərin hərbi sözçüsü Yəhya Seri bildirib ki, Yəmənin paytaxtı Sənaya edilən güclü hücumun qarşısını alıblar. O, əks-hücum nəticəsində Cevf və Marib şəhərlərində 2500 kilometrdən çox ərazini ələ keçirdiklərini söyləyib.

Xatırladaq ki, ötən ilin sentyabrında da “Saudi Aramco” terminalları dronlarla vurulmuşdu. Bu səbəbdən şirkət 5,7 milyon barrel ziyana düşmüşdü.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri 2015-ci ildən etibarən Yəmənə hücumlarını davam etdirir. Hücumlar nəticəsində 50 mindən çox insan ölüb.

Oxşar xəbərlər

Asiyanın ən bahalı şirkəti məlum olub

Asiyanın ən bahalı şirkəti məlum olub

Çinin “Alibaba” internet nəhəngi Asiyanın ən bahalı şirkəti adına layiq görülüb. BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, 2019-cu ilin sonunda şirkətin baza...

339 Siyasət 23:43 04 yanvar 2020

Son xəbərlər