Xocalı soyqrımına görə bu yollar TAM BAĞLANACAQ
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə BAKU.WS-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
"Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur"- deyə məlumatda qeyd edilir.
Oxşar xəbərlər
Bakıda bu svetoforlar süni intellketlə işləyir
"Paytaxtda nəqliyyatın hərəkətinin optimallaşdırılması məqsədilə yeni pilot layihə icra olunur. Söhbət Binəqədi rayonu ərazisində – Cəfər Xəndan küçəsi ilə Azad...