SİZİN REKLAM BURADA!
055 213 76 73


33 yaşlı sevgilisindən yeni ayrılan dünya ulduzu Pamela Anderson ərə gedib.
BAKU.WS xəbər verir ki, kanada əsilli amerikalı aktrisa-model bu dəfə 30 illik dostu və prodüseri Con Piterslə münasibətlərini rəsmiləşdirib.

Cütlüyün toyu yanvarın 20-də Malibuda reallaşıb. Bu nikah hər ikisinin 5-ci evliliyidir.

Qeyd edək ki, aktrisa 33 yaşlı futbolçu sevgilisi Adil Ramini məişət zorakılığında ittiham edərək ayrılıb.

Piterlə Anderson 1980-ci illərdə "Playboy" nəşrinin binasında tanış olublar. Pamelo Anderson həmin zamanlarda jurnalın təsisçisi Hyu Henferin sevimlisi idi və 14 dəfə jurnalın üz qabığına çıxıb. Ondan sonra heç bir ulduz bu rekordu keçməyib.

Aysel
BAKU.WS