Türkiyədə dünyanın ən böyük seysmik izolyasiyalı binası istifadəyə veriləcək - FOTO

Türkiyədə dünyanın ən böyük seysmik izolyasiyalı binasının - Başakşehir Şəhər Xəstəxanasının bu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 milyon kvadrat metr sahəsi olacaq bu bina 2040 seysmik izolyatorlu otaqdan ibarətdir.
Qeyd edilir ki, xəstəxanadakı xüsusi zəlzələ izolyatorları sayəsində ən şiddətli yeraltı təkanlar zamanı belə bütün tibbi heyət fəaliyyətini normal qaydada davam etdirə biləcək.
Ümumilikdə 2682 otağı olacaq Başakşehir Şəhər Xəstəxanası üç binadan - 2354 otaqlı əsas korpusdan, 200 otaqlı Müalicə və reabilitasiya korpusunda və 128 otaqlı Psixiatriya xəstəxanasından ibarətdir.
Qalereya
Oxşar xəbərlər
İrandan daha bir həyəcanlı xəbər gəldi
Bu gün səhər saatlarında İranda nüvə stansiyasının yerləşdiyi ərazidə zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərk...