VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidentinin köməkçisi Andrey Yermak Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsinin Tehran yaxınlığında qəsdən vurulmasını istisna etməyib.

BAKU.WS xəbər verir ki, o qeyd edib ki, Ukrayna ekspertləri İranda bir neçə versiya üzərində işləyib, onlardan biri də təyyarənin raketlə vurulmasıdır.

“Deməliyəm ki, İran tərəfinin təyyarənin yanlışlıqla raketlə vurulduğunu etiraf etməsinə baxmayaraq, biz hələ bunun qəsdən və ya səhvən olduğunu araşdırırıq. Komissiya bütün versiyalara aydınlıq gətirmək üçün araşdırmalarını davam etdirir”, - deyə Yermak əlavə edib.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub.

İran tərəfi Ukraynaya məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri “böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.

BAKU.WS