78 adamın yanaraq öldüyü otel rəhbərliyi görün qazandıqları pulu nələrə xərcləyirmiş

78 adamın yanaraq öldüyü otel rəhbərliyi görün qazandıqları pulu nələrə xərcləyirmiş
Dünya 763

Türkiyədə 78 nəfərə məzar olan "Grand Kartal" oteli ilə bağlı daha bir sarsıdıcı məqam ortaya çıxıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, otelin sahibi Halit Ergül qazandığı pulu həyat üçün əhəmiyyətli avadanlıqlar əvəzinə iki otelini birləşdirən tunelə yatırıb.

O da məlum olub ki, yanğın otelin 4-cü mərtəbəsində yerləşən mətbəx/restoran hissəsindən başlayıb.

Otelin sahibi Halit Ergül və rəhbərliyin tüstü detektorları, yanğına davamlı işarələr, istiliyə davamlı yanğın nərdivanları və yanğınsöndürmə pillələri kimi ən sadə yanğın tədbirini belə görmədiyi ortaya çıxıb. Halbuki onlar gündəlik milyonlarla gəlir əldə edirdilər...

Bildirilib ki, "kral suiti" olan 12 mərtəbəli taxta otelin son iki mərtəbəsinə lift ümumiyyətlə olmayıb və qanunsuz olmasına baxmayaraq lisenziyasının niyə ləğv edilməməsi sual doğurub.

Məlumata görə, 2021-ci ildə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi yanğın qaydasına dəyişiklik edib. Mövcud binaları yanğına uyğunlaşdırmaq üçün 2024-cü ilin sonuna qədər vaxt verib. Lakin otel sahibi dekabrın son həftəsinə qədər barmağını belə qaldırmayıb və müddətin sonuna doğru yanğınsöndürmə sənədi almaq üçün hərəkətə keçib. Lakin otelin yanğınsöndürmə idarəsinin 8 bəndlik çatışmazlıqlar siyahısını yerinə yetirməkdən yayınıb və sertifikatı başqa üsullarla yeniləyib.

"Grand Kartal"ın otel rəhbərliyi sahib olduğu iki otel arasında xüsusi tunel inşa etdiyi ortaya çıxıb. Bu tunellər güclü qar və ya çovğun zamanı eyni sahibi olan iki otelin restoranları arasında təhlükəsiz marşrut təmin edir.

Xatırladaq ki, çərşənbə axşamı Boluda Kartalkaya xizək mərkəzində "Grand Kartal" otelində yanğın baş verib. Nəticədə 78 nəfər həyatını itirib. Yanğından sonra otel sahibi də daxil olmaqla 12 nəfər saxlanılıb, hadisə ilə bağlı istintaq davam edir.

Son xəbərlər