SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Sənqan məntəqəsi yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:14-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

BAKU.WS