SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindən danışan Ermənistan Milli Təhlükəsizlik Şurasının Konstitusiya Müdafiəsi və Terrorizmlə Mübarizə Baş İdarəsinin müdiri, general-mayor Tiqran Barseqyan bildirib ki, Serj Sarkisyan torpaqları təhvil verməyə hazırlaşırmış.

BAKU.WS xəbər verir ki, bu barədə o, Ermənistanda dərc olunan "Joxovurd" qəzetinə müsahibəsində danışıb.

"Mən sizə rəsmi olaraq bildirirəm ki, qulaq asma nəticəsində Serj Sarkisyanın torpaqları təhvil vermək niyyətində olduğunu öyrənmişdik",-deyə Barseqyan qeyd edib.

Ermənistanın sabiq prezidenti, Dağlıq Qarabağ münaqişəsinin təşəbbüskarlarından biri Serj Sarkisyanın Ağdam, Fwzuli, Cəbrayıl, Zangilan və Qubadlıdan qoşunlarını çıxarmağı planlaşdırıb.

Generalın sözlərinə görə, bu mövzuda danışıqlar ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Baydenlə aparılıb: "O vaxt ABŞ-da Sarkisyanla Obama arasında danışıq olmuşdu. Həmin vaxt təhlükəsizlik naziri Qorik Akopyanda bu görüşün stenoqramı var idi. O, şəxsən bu barədə mənə məlumat vermişdi. Düşünürəm ki, Qorik Akopyan bu yazını Sarkisyanın razılığı ilə məhv edib".

Tiqran Barseqyan nəşri əmin edib ki, danışıqların bütün dəlilləri Milli Təhlükəsizlik Şurasının arxivindədir və şəxsən sənədlərin surətlərini saxlayır: "Əldə edilən məlumata görə, ABŞ-ın sifarişi və razılığı ilə Serj Sarkisyan 3 milyard dollarlıq investisiya müqabilində torpaqları Azərbaycana təhvil verməli idi. Amerika və beynəlxalq təşkilatların bütün rəhbərləri torpaqların yaxın gələcəkdə təhvil verilməsindən xəbərdar idilər".

Orxan Hüseyn
BAKU.WS