76 nəfərin yanaraq öldüyü otelin yanğınsöndürmə idarəsinin hesabatı açıqlanıb
Türkiyənin Bolu vilayətində Grand Kartal otelində baş verən yanğında 76 nəfər həyatını itirib. Hadisə ilə bağlı fəlakətin baş verdiyi otelin yanğınsöndürmə bölməsinin hesabatı ortaya çıxıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabatda yer alan "LPG kimi alışan və ya partlayıcı maddələr saxlanılmamalıdır" ifadəsi diqqət çəkib.
Bildirilib ki, yanvarın 2-də yanğın bölməsinin hesabatı hazırlanıbmış. Binanın içərisinə yanğın nərdivanı quran otel rəhbərliyinin yanğının ilk başladığı kafedə LPG kimi tez alışan və partlayıcı maddələr də saxladığı məlum olub. Yanğın sürətlə böyüyərək bütün binanı bürüyüb və "Bu maddələr alovu daha da şiddətləndirib?" kimi suallar doğurub.
Xatırladaq ki, dünən Bolunun Kartalkaya bölgəsindəki 12 mərtəbəli Grand Kartal otelində gecə saat 03:00 radələrində baş verən yanğında oteldə olan 238 nəfərdən 76-sı həyatını itirib, 51 nəfər isə yaralanıb. Təbii fəlakətlə bağlı 9 nəfər saxlanılıb.
Ölkənin Səhiyyə Nazirliyi Kartalkaya xizək mərkəzindəki Grand Kartal otelində baş verən yanğında xəsarət alan 29 nəfərin evə buraxıldığını, 22 nəfərin müalicəsinin davam etdiyini bildirib.
Oxşar xəbərlər
Amerikalı milyarder vəzİfədən imtna edib - SƏBƏB
Amerikalı biznesmen Vivek Ramasvami ABŞ Hökumətinin Səmərəliliyi Artırması üzrə Departamentinin (DOGE) həmsədri vəzifəsindən sahibkar İlon Maskla fikir ayrılığı...