VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin paytaxtı Stokholmda 2019-cu il üzrə Nobel mükafatlarının təqdimatı mərasimi olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, İsveç kralı XVI Karl Qustav Stokholm filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib. On dörd laureat dünyanın ən nüfuzlu mükafatları üzrə diplomları və qızıl medalları monarxdan qəbul ediblər.

Mərasimi Nobel Fondunun idarə heyətinin sədri Karl-Henrik Xeldin açıb. O, dünya ictimaiyyətini elmi metodların müdafiəsinə çağırıb.

Nobel fondu sədrinin açılış çıxışından sonra səhnəyə laureatlar çıxıblar. 2019-cu ilin Nobel mükafatına fiziologiya və tibb üzrə amerikalı Uilyam Kelin və Qreqq Semens, həmçinin britaniyalı Piter Retkliff layiq görülüblər. Fizika sahəsində mükafat "fiziki kosmologiyada nəzəri açılışlar"a görə kanadalı Ceyms Piblzuya təqdim olunub. Mükafat alanlar arasında həmçinin isveçrəli Mişel Mayor və Didye Kelo da var.

2019-cu il üzrə Nobel mükafatına kimya sahəsində amerikalı Con Qudinaf, britaniyalı Stenli Uittinqem və yapon Akir Yosino layiq görülüblər.

BAKU.WS