SİZİN REKLAM BURADA!
055 213 76 73


"Atom enerjisindən hərbi məqsədlər üçün istifadə cinayətdir". 

BAKU.WS xəbər verir ki, bunu Roma papası Fransisk Yaponiyada bildirib. 

Onun sözlərinə görə, müharibə üçün ən müasir silahların yaradıldığı bir dövrdə sülhdən danışmaq mümkün deyil. 

Qeyd edək ki, Roma papası Fransisk noyabrın 24-də Yaponiyanın Hiroşima şəhərində atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdə iştirak edib. 

Məlumat üçün bildirək ki, ABŞ ordusu 1945-ci il avqustun 6-da Yaponiyanın Hiroşima şəhərinə atom bombası atıb. 

BAKU.WS