SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda məhbuslardan birinin dəhşətli işgəncəyə məruz qalması üzə çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın İnsan Hüquqları üzrə müvəkkili Arman Tatoyan video paylaşıb.

Görüntülərdə polis əməkdaşlarının məhbusdan ifadə alarkən əleyhqaz və dəyənəkdən istifadə etməsi öz əksini tapıb.

“Bu video materialla əlaqədar dərhal cinayət işi başlanmalıdır. Bütün istintaq tədbirləri yalnız Ermənistanın Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosedur çərçivəsində həyata keçirilməlidir", - deyə Tatoyan Facebook səhifəsində yazıb.

BAKU.WS
VİDEO