VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan Silahlı Qüvvələri öz istehsalı olan və 650 kilometr məsafədə hədəfləri vura bilən “Şahin-1” ballistik raketini uğurla sınaqdan keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sözçüsü Asif Qafur rəsmi Twitter hesabında paylaşım edib.

İkipilləli, 12 metr uzunluğu olan "Shaheen-1" (Şahin-1) raketi həm nüvə, həm də bir tonluq adi başlıq hissəsi ilə təchiz edilə bilər.

Sınaq ordunun strateji qüvvələr komandanlığının operativ hazırlığını yoxlamaq məqsədilə həyata keçirilib.

BAKU.WS
VİDEO