SİZİN REKLAM BURADA!
055 213 76 73


Boliviya prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.

BAKU.WS xəbər verir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.

Bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Evo Moralesin 4-cü dəfə prezident seçilmək fikri olduğunu elan etməsindən sonra xalq etiraz etmişdi. Polisin ölkənin bəzi regionlarında etirazçıların tərəfinə keçmişdi.

Etirazçılar dövlət televiziyası və radiosunun binasını ələ keçirmişdi.
BAKU.WS