SİZİN REKLAM BURADA!
055 213 76 73


Livanın baş naziri Saad əl-Hariri vəzifəsindən istefa verdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, buna səbəb Livanda müxalifətin keçirdiyi aksiyaların tələbi ilə bağlıdır.

O, televiziya ilə müraciətində ölkədə vəziyyətin dalana dirəndiyini deyib: “Mən bir çox livanlının arzusunu həyata keçirmək üçün hökumətin istefası barədə xahişi prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam məsələsi prezidentin sərəncamındadır”.

Qeyd edək ki, Livanda on gündən artıqdır etiraz yürüşləri keçirilir. Aksiyalar əvvəlcə kortəbii halda olub. Bir neçə gün keçdikdən sonra isə təşkilatlanmağa başlayıb. Etirazçılar Livanda hakimiyyətin dəyişməsini, fəaliyyətdə olan bütün siyasilərin, o cümlədən prezidentin, nazirlərin və deputatların istefasını tələb edirdilər. Livandakı aksiyaları 9 il əvvəl Yaxın Şərqdə baş vermiş ərəb baharı ilə müqayisə edirlər. Etiraz aksiyaların başlamasına səbəb olaraq ölkə iqtisadiyyatındakı böhranlı vəziyyət göstərilir. 
BAKU.WS