VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD-in qurucusu Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən sonra terror təşkilatına rəhbərlik edəcək şəxsin adı məlum olub. 

BAKU.WS
xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb. 

Məlumata görə, əl-Bağdadi ölümündən qabaq “Abdullah Kardaş” ləqəbli Hacı Abdullah əl-Afari adlı terrorçunu öz yerinə rəhbər təyin edib. 

Qeyd edək ki, ötən gün ABŞ silahlı qüvvələrinin Suriyanın İdlib şəhərində İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirməsi məlum olub. 

Abdullah Kardaş kimdir?

Terrorçuların yeni lideri əl-Bağdadinin yaxın silahdaşlarından biri, iraqlı türkman “Abdullah Kardaş” hesab olunur. Onun əsl adı Əmir Məhəmməd Səid əl-Moulyadır və sələfindən beş yaş kiçikdir. Əl-Bağdadi onunla Amerika həbsxanasında tanış olub. “Abdullah Kardaş” da Səddam Hüseynin ordusunda xidmət edib və sonradan “Əl-Qaidə"yə üz tutub.

İslam universitetinin məzunudur. Dinə fanatik münasibətinə görə, "müəllim" və "pis döyüşçü" kimi adlandırılıb. Ekspertlər hesab edir ki, yeni terrorbaşı əl-Bağdadidən daha səliqəlidir və saatlarla xütbə oxumaq bacarığına malikdir. 

BAKU.WS